Mil-Muğan Kollektoru vasitəsilə 262 min hektar şoran torpaq yuyulub

Mil-Muğan Kollektoru vasitəsilə 262 min hektar şoran torpaq yuyulub Baş Mil-Muğan Kollektorunun istifadəyə verilməsi bu günə qədər 262 min
İnfrastruktur
20 İyun , 2022 09:40
Mil-Muğan Kollektoru vasitəsilə 262 min hektar şoran torpaq yuyulub

Baş Mil-Muğan Kollektorunun istifadəyə verilməsi bu günə qədər 262 min hektar xidməti ərazidə şoran torpaqların yuyulmasına səbəb olub.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC məlumat yayıb.

Məlumata görə, artıq kollektorun sağ və sol sahilində yerləşən torpaqlar münbit bir torpağa çevrilib. Bu torpaqlarda əkin işləri aparılır və pambıq, taxıl, yonca kimi kənd təsərrüfatı bitkiləri əkilir.

Ötən il kollektorda 54 ədəd hidrotexniki qurğuda cari təmir, ondan 3 ədədində isə əsaslı şəkildə təmir işləri aparılıb. Hesabat dövründə kollektor vasitəsilə Xəzər dənizinə 1 milyard 650 milyon kubmetr su axıdılıb. Həmin suların tərkibində minerallıq 5-6 milliqram litr təşkil edib. Atılan duzun miqdarı isə 9 milyon 800 ton olub.

Xatırladaq ki, Baş Mil-Muğan Kollektorunun ümumi uzunluğu 141 kilometrdir.

Son xəbərlər

Orphus sistemi