MİDA Füzuli şəhərində yaşayış kompleksi tikəcək

İnfrastruktur
  • 12 fevral, 2022
  • 05:42
MİDA Füzuli şəhərində yaşayış kompleksi tikəcək

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus “MİDA” MMC Füzuli şəhərində 8,90 ha ərazidə yaşayış kompleksinin tikintisi, ərazinin şaquli planlaşdırılması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 600 manatdır.

İddiaçılar ilkin sənədləri martın 4-ü, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə martın 15-i, 15:00-a qədər dövlət satınalmlarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Nəticələr martın 16-sı, saat 15:00-da portalda açıqlanacaq.

Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıtda 2, Gəncədə 1 yaşayış kompleksinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır. Bununla yanaşı Lənkəranda yeni çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün hazırlıq gedir.