Energetika naziri Çində "Kəmər və Yol" Enerji Tərəfdaşlığının İdarə Heyətinin ilk plenar iclasında iştirak edib

Energetika
  • 25 noyabr, 2026
  • 12:14
Energetika naziri Çində Kəmər və Yol Enerji Tərəfdaşlığının İdarə Heyətinin ilk plenar iclasında iştirak edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Çinin Çindao şəhərində keçirilən "Kəmər və Yol" Enerji Tərəfdaşlığının (BREP) İdarə Heyətinin birinci plenar iclasında iştirak edərək çıxış edib.

Çin Milli Enerji Administrasiyasının rəhbəri cənab Wang Hongzhinin sədrliyi ilə keçirilən iclasda "Kəmər və Yol" Enerji Tərəfdaşlığının İdarə Heyətinin təsis planı, energetika nazirlərinin IV konfransının gündəliyi və Tərəfdaşlığın 2027-ci il üzrə İş Planı və konfransın yekun sənədləri nəzərdən keçirilib və üzv ölkələr arasında fikir mübadiləsi aparılıb.

Nazir Pərviz Şahbazov bildirib ki, enerji təhlükəsizliyi risklərinin artdığı və yeni texnologiyaların enerji tələbatını dəyişdirdiyi bir dövrdə qlobal enerji sisteminin gələcəyi etibarlı transsərhəd bağlantılardan və uzunmüddətli tərəfdaşlıqlardan asılıdır. Onun sözlərinə görə, heç bir ölkə bu çağırışlara təkbaşına cavab verə bilməz və məhz buna görə BREP Avrasiyanın gələcək enerji arxitekturasında strateji əhəmiyyət kəsb edir. Qeyd olunub ki, BREP enerji resurslarını, texnologiyaları və maliyyə imkanlarını vahid platformada birləşdirərək istehsalçıları, tranzit ölkələri və istehlakçıları bərabər əsaslarla bir araya gətirir. Azərbaycanın zəngin enerji resursları, strateji coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca etibarlı tərəfdaş kimi təcrübəsi ilə bu əməkdaşlığa töhfə verməyə hazır olduğu bildirilib.

44 filmi