“İstisu” yarımstansiyası Kəlbəcər rayonunun çox sayda yaşayış məntəqələrinin elektrik təchizatının dayanıqlılığını təmin edəcək.
"Report"un Kəlbəcərə ezam edilmiş əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə rayona təşkil olunmuş mediatur çərçivəsində “İstisu” yarımstansiyası ilə tanışlıq zamanı bildirilib.
Media nümayəndələrinə yarımstansiya haqqında geniş məlumat verilib və onlar iş prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” yarımstansiyasının açılışında iştirak edib.