AMB: Maliyyə Nazirliyinin depozit hərracları pul siyasətimizə təsir etmir

Maliyyə
  • 29 oktyabr, 2026
  • 11:59
AMB: Maliyyə Nazirliyinin depozit hərracları pul siyasətimizə təsir etmir
Taleh Kazımov

Maliyyə Nazirliyinin depozit hərracları Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinə təsir etmir.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər dövriyyədə olan notların ümumi məbləğinin nə qədər olacağını dəqiq demək çətindir: "Çünki həmin notlar kifayət qədər dəyişkəndir. Lakin sentyabrın 20-nə qədər AMB notlar üzrə 29 milyon manat xərcləyib. Maliyyə Nazirliyinin yerləşdirmələri bizim pul siyasətimizə təsir etmir. Belə ki, hərracların əksəriyyətində yerləşdirmə baş tutmur, çünki izafi likvidlik var. Yerləşdirmənin baş tutduğu hərraclarda isə məbləğ ümumi likvidliklə müqayisədə kifayət qədər aşağıdır. Maliyyə Nazirliyi ilə bağlı məsələlərdə biz həm fiskal, həm də makroiqtisadi siyasətlərin uyğunlaşdırılmasına imkan verəcəyik".

44 filmi