Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları proqnozu 5 % üstələyib
- 29 oktyabr, 2026
- 11:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 12 milyard 930,5 milyon manat təşkil edib.
Bu barədə "Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, proqnozdan 625,5 milyon manat və yaxud 5,1 % çoxdur.
9 ayda neft-qaz sektoru üzrə daxilolmaların 25,5 %-i və yaxud 3 milyard 302,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 74,5 %-i və yaxud 9 milyard 628 milyon manatı Azərbaycan Dövlət Neft Fondundan transfertin payına düşüb.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 39,4 %-i və yaxud 1 milyard 301,6 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 46,6 %-i və yaxud 1 milyard 539,8 milyon manatı "Şahdəniz" qaz-kondensat layihəsi üzrə mənfəət vergisi, 14 %-i və yaxud 461,1 milyon manatı "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində mənfəət vergisi olub.