Taleh Kazımov: "İstehlak kreditlərinin artımında risk görmürük"
- 29 oktyabr, 2026
- 11:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı istehlak kreditlərinin artımında risk görmür.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfrasında bildirib.
"Kreditləşmə, iqtisadi artım və potensial risklərə gəlincə, bank sektorunun iqtisadiyyatın inkişafında daha böyük rol oynamasını istərdik:. Bu, həm kreditləşmə, həm də kapital bazarlarında iştirak vasitəsilə mümkündür. Xüsusilə kreditləşmədən danışarkən, əsasən biznes kreditlərini, o cümlədən kiçik və orta sahibkarlığın, eləcə də mikrosahibkarlığın maliyyələşdirilməsini nəzərdə tuturam", - deyə o qeyd edib.
Bundan başqa, T.Kazımov deyib ki, hazırkı vəziyyətdə həm biznes, həm də istehlak kreditlərinin artımı nəzərə alınsa, iqtisadiyyatda hər hansı risklərin yarandığını demək olmaz: "Kredit portfelində cüzi artım müşahidə olunsa da, bu, sistemli xarakter daşımır və ayrı-ayrı borcalanların hesabına baş verən artımdır. İstərdik ki, kreditləşmə daha aktiv olsun. Bu baxımdan, düşünürük ki, tənzimləmənin formalaşdırılması daha məqsədəuyğundur".