Gürcüstanda Azərbaycan sərhədinə qədər yolun inşası təxirə salınıb

Gürcüstanda Azərbaycan sərhədinə qədər yolun inşası təxirə salınıb Gürcüstanın Rustavi şəhərindən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd keçid məntəqəsinə qədər olan yolun tikintisi təxirə salınıb.
İnfrastruktur
1998
21 Dekabr , 2020 16:21
Gürcüstanda Azərbaycan sərhədinə qədər yolun inşası təxirə salınıb

Gürcüstanın Rustavi şəhərindən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd keçid məntəqəsinə qədər olan yolun tikintisi təxirə salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsini icra edən Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, buna koronavirus pandemiyasının yaratdığı maliyyə resurslarının çatışmazlığı səbəb olub.

M.Tskitişvili gələn il icrasına başlana biləcək müəyyən layihələrin təxirə salınmasının qaçılmaz olduğunu qeyd edib: “Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı yol hissələri də bu layihələrdəndir. Onlara 2023-cü ilə qədər start verə bilməyəcəyik. Layihələrin həyata keçirilməsinə hazır olsaq da, maliyyə və fiskal çərçivə buna imkan vermir”.

Qeyd edək ki, ötən ilin fevralında Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı magistral yollarının inşası ilə bağlı Avropa İnvestisiya Bankı Gürcüstana 250 milyon avro həcmində kredit ayırıb. Tikinti işlərinin 2023-cü ilədək başa çatdırılması planlaşdırılırdı.

Son xəbərlər

Orphus sistemi