Gürcüstan Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib

Gürcüstan Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib Gürcüstan Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib.
İnfrastruktur
19 İyul , 2024 22:44
Gürcüstan Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib

Gürcüstan Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan Dəmir Yollarının baş direktoru David Peradze Çin Xalq Respublikasının dövlət şirkətinin nümayəndə heyətini qəbul edərkən deyib.

Çin tərəfi Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış "Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyətini bildirib. Məqsəd Orta Dəhliz üzrə Çindən konteyner daşımalarının səmərəli əlaqələndirilməsi, tariflərin şəffaflığı və sabit sistemin yaradılmasıdır.

Qeyd edək ki, iyulun 15-də sözügedən məsələ ətrafında müzakirələr “Azərbaycan Dəmir Yolları”nın sədri Rövşən Rüstəmovla “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının baş direktorun müavini Sun Suyudenin başçılıq etdiyi nümayəndə heyəti arasında aparılıb.

Son xəbərlər

Orphus sistemi