Dünya Bankı: "Azərbaycandakı suvarma sistemlərinin səmərəliliyi aşağıdır"

Dünya Bankı: "Azərbaycandakı suvarma sistemlərinin səmərəliliyi aşağıdır" Azərbaycanda suvarma sistemlərinin səmərəliliyi aşağı - cəmi 37 %-dir.
İnfrastruktur
18 Sentyabr , 2024 15:53
Dünya Bankı: Azərbaycandakı suvarma sistemlərinin səmərəliliyi aşağıdır

Azərbaycanda suvarma sistemlərinin səmərəliliyi aşağı - cəmi 37 %-dir.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının (WB) “Su təhlükəsizliyi problemlərinin həlli üçün səmərəli su sektoru institutlarına və proqramlarına keçid” hesabatında bildirilir.

Sənədə əsasən, ölkənin əksər regionlarında suvarma sistemlərinin səmərəliliyi 20-50 % aralığındadır: “Azərbaycanın suvarma səmərəliliyi həm nəqletmə, həm də sahə səmərəliliyinin təxminən 60 % olduğu ssenarini əks etdirir. Köhnə infrastruktur səbəbi ilə yüksək sızmalar (itkilər) əhəmiyyətli su itkilərinə səbəb ola bilər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda geniş kanal sistemləri üçün daşıma səmərəliliyi 73 %-dir ki, bu da, məqbul hesab edilən göstəricidən (60 %) xeyli yüksəkdir. Bu fərq kiçik təsərrüfatlardakı itkilərin rəsmi statistikada qeyd olunmamasını da göstərə bilər və bu da ümumi səmərəliliyə təsir edir".

Son xəbərlər

Orphus sistemi