Din Tao: “Azərbaycandan Çinə ixrac nəqliyyat sahəsində əməkdaşlıq üçün əlamətdar olub”

Din Tao: “Azərbaycandan Çinə ixrac nəqliyyat sahəsində əməkdaşlıq üçün əlamətdar olub” Azərbaycandan Çinə dəmir yolu ilə ixracın başlanması Çin-Azərbaycan Transxəzər nəqliyyat əməkdaşlığı çərçivəsində iki istiqamətdə yük daşımaları baxımından əlamətdar oldu.
İnfrastruktur
20 Dekabr , 2024 13:18
Din Tao: “Azərbaycandan Çinə ixrac nəqliyyat sahəsində əməkdaşlıq üçün əlamətdar olub”

Azərbaycandan Çinə dəmir yolu ilə ixracın başlanması Çin-Azərbaycan Transxəzər nəqliyyat əməkdaşlığı çərçivəsində iki istiqamətdə yük daşımaları baxımından əlamətdar oldu.

Bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao bu gün ilin yekununa həsr olunmuş mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.

"Sianda Azərbaycanın ən böyük logistika şirkəti olan "Abşeron" logistika mərkəzinin ilk filialı açılıb. Çin şirkətləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində multimodal daşımaların həyata keçirilməsində fəal iştirak edir və Bakı limanının modernləşdirilməsi və yenidən qurulması, Xəzərdə gəmi istehsalı məsələlərində Azərbaycanla sıx əlaqələr saxlayır. 2025-ci ildə Çin Azərbaycana tranzit daşımalar üçün daha əlverişli şərait yaradacaq ki, bu da ətraf regionlardan Azərbaycan ərazisi ilə Çinə daşımaların artmasına təkan verəcək", - o bildirib.

Müvəqqəti işlər vəkili xatırladıb ki, bu ilin iyulunda Çinin nəqliyyat vasitələri ilk dəfə Bakı limanına gəlib, noyabrın 24-də isə Bakıdan Çinə 62 konteynerdən ibarət yük qatarı yola salınıb.

"Bu yaxınlarda Çin Xalq Respublikasının sədri Si Cinpin qeyd edib ki, "Bir kəmər, bir yol"un birgə inşası yeni inkişaf mərhələsinə qədəm qoyub. Çin qarşılıqlı əlaqəni əsas xətt kimi nəzərdən keçirməyə və daha keyfiyyətli, daha çevik və daha dayanıqlı qarşılıqlı faydalı inkişaf üçün yeni məkanı genişləndirməyə davam edəcək", - D.Tao vurğulayıb.

O qeyd edib ki, Çin marşrut boyunca yerləşən bütün ölkələrin xalqlarının rifahı naminə istehsal və təchizat zəncirinin təhlükəsizliyi və sabitliyinin qorunması üçün Azərbaycanla birlikdə "Bir kəmər, bir yol" çərçivəsində birgə tikintinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daha dərindən əlaqələndirilməsinə töhfə verməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi