DGK: "Xanoba"da avtobus və minik avtomobillərin gömrük rəsmiləşdirilməsi sürətli qaydada aparılacaq"

DGK: "Xanoba"da avtobus və minik avtomobillərin gömrük rəsmiləşdirilməsi sürətli qaydada aparılacaq" Azərbaycanın Rusiya ilə sərhəddə yenidən inşa olunan "Xanoba" sərhəd-buraxılış məntəqəsində nəqliyyat vasitələrinin sərhəd və gömrük qeydiyyatı, eləcə də ilkin baxış buraxılış məntəqəsində aparılmaqla digər zəruri rəsmiləşdirmə əməliyyatları terminalda hə
İnfrastruktur
30 May , 2023 18:00
DGK: Xanobada avtobus və minik avtomobillərin gömrük rəsmiləşdirilməsi sürətli qaydada aparılacaq

Azərbaycanın Rusiya ilə sərhəddə yenidən inşa olunan "Xanoba" sərhəd-buraxılış məntəqəsində nəqliyyat vasitələrinin sərhəd və gömrük qeydiyyatı, eləcə də ilkin baxış buraxılış məntəqəsində aparılmaqla digər zəruri rəsmiləşdirmə əməliyyatları terminalda həyata keçiriləcək.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə media nümayəndələri üçün “Xanoba” buraxılış məntəqəsinə təşkil olunan səfər çəeçivəsində bildirib. Səfərin məqsədi sərhədkeçmə proseslərində tətbiq edilən yeniliklər, həmçinin “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin xüsusuiyyətləri barədə jurnalsitləri məlumatlandırmaq idi.

Onun sözlərinə görə, buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub: "Bu da yük, avtobus və minik nəqliyyat vasitələri üzrə sərhəd və gömrük nəzarətinin sürətli qaydada aparılmasına əlverişli şərait yaradır".

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən tikinti işlərinin həyata keçirildiyi buraxılış məntəqəsində ən müasir infrastruktur qurulub. Şimal-cənub nəqliyyat dəhlizinin mühüm komponentlərindən olan bu gömrük postu beynəlxalq ticarətin daha sürətli və asan şəkildə həyata keçirilməsi, ölkənin tranzit və ixrac imkanlarının genişləndirilməsi, nəqliyyat axının daha səmərəli şəkildə idarə olunması və mövsümi sıxlıqların aradan qaldırılmasında mühüm rol oynayacaq.

Layihənin ümumi sahəsi 6,85 hektar, yaşıllıq əraziləri 3331,7 m2, tikililərin sahəsi 20 104,23 m2, buraxılış məntəqəsinin sahəsi isə 22 000 m2-dir. “Xanoba” buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobus və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub.

Media nümayəndələri “Xanoba” buraxılış məntəqəsində yaradılan şəraitlə yaxından tanış olub, tətbiq edilən yenilikləri əyani şəkildə izlamək imkanı əldə ediblər. Jurnalistlərə sərnişin və yük nəzarət xəttlərində texnoloji sxemlər üzrə həyata keçirilən dəyişikliklər barədə məlumat verilib, həmçinin stasionar rentgen qurğusunda, Ticarətin Asanlaşdırılması Mərkəzində həyata keçirilən proseslər izlənilib.

Son xəbərlər

Orphus sistemi