Çindən ötən ay Azərbaycan üzərindən göndərilmiş yükün həcmi açıqlanıb

Çindən ötən ay Azərbaycan üzərindən göndərilmiş yükün həcmi açıqlanıb Bu ilin yanvar ayında Çinin Sian vilayətindən Azərbaycan istiqamətində 3-ü tranzit, 7-si idxal yükü olmaqla 10 konteyner blok qatar yola salınıb.
İnfrastruktur
6 Fevral , 2024 13:52
Çindən ötən ay Azərbaycan üzərindən göndərilmiş yükün həcmi açıqlanıb

Bu ilin yanvar ayında Çinin Sian vilayətindən Azərbaycan istiqamətində 3-ü tranzit, 7-si idxal yükü olmaqla 10 konteyner blok qatar yola salınıb.

"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, tranzit rejimində göndərilən blok qatarlardan biri Çin–Qazaxıstan sərhədindən yola düşdükdən 10 gün sonra Gürcüstan limanlarına çatdırılıb. Tranzit yüklər, əsasən, texniki avadınlıqlardan ibarət olub və gəmilərdən birbaşa ADY qatarlarına boşaldılaraq Gürcüstanın Qara dəniz liman şəhəri Potiyə yola salınıb.

2024-cü ilin yanvar ayında 615 min ton tranzit yükü daşınıb. Bu, son 10 ilin ən yüksək göstəricisidir.

İdxal yüklərin Çin–Qazaxıstan sərhədindən hərəkətə başladıqdan sonra multimodal daşınma vaxtı isə 8 gün təşkil edib. Yüklər gəmilərdən birbaşa ADY-nin blok qatarlarına yüklənərək aidiyyəti təyinat məntəqələrinə çatdırılıb.

Hazırda 4-ü idxal, 2-si tranzit olmaqla daha 6 konteyner blok qatar Çindən Azərbaycan istiqamətində hərəkət edir. İdxal yüklərin eyni qaydada 8, tranzit yüklərin isə 10 gün ərzində aidiyyəti təyinat məntəqələrinə çatdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi