Dünya Bankı Özbəkistana 800 milyon dollarlıq kredit ayrılmasını təsdiqləyib

Maliyyə
  • 26 noyabr, 2026
  • 10:55
Dünya Bankı Özbəkistana 800 milyon dollarlıq kredit ayrılmasını təsdiqləyib

Dünya Bankının Direktorlar Şurası Özbəkistanda iqtisadi islahatların dəstəklənməsi üçün 800 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə paketini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" banka istinadən məlumat yayıb.

"Proqram daha yüksək maaşlı iş yerlərinin yaradılmasına, özəl sektorun rolunun genişləndirilməsinə, ölkənin dünya iqtisadiyyatına inteqrasiyasına və inklüziv inkişaf modelinin inkişafına yönəlib", - məlumatda qeyd olunub.

Təklif olunan tədbirlər 2029-2031-ci illərdə əlavə 275 min iş yerinin yaradılmasına töhfə verəcək.

Ümumilikdə Dünya Bankının dəstəyi özəl sektor, sosial, energetika, aqrar-sənaye kompleksi, rəqəmsal iqtisadiyyat və ticarət sahələrində islahatların yeddi əsas istiqamətini əhatə edir.

Birinci istiqamət qadınların iqtisadi imkanlarının genişləndirilməsini və sosial müdafiənin gücləndirilməsini nəzərdə tutur. Xüsusilə, hamiləlik və doğuşa, habelə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin ödənilməsi daxil olmaqla sosial sığorta proqramlarının inkişaf etdirilməsi planlaşdırılır.

İkinci istiqamət özəl sektorun rəqabət qabiliyyətinin artırılmasını, dövlət müəssisələrində islahatların davam etdirilməsini və vicdanlı rəqabət mexanizmlərinin gücləndirilməsini əhatə edir.

44 filmi