“BP-Azərbaycan” "Şahdəniz"də yeni platformanın tikintisini planlaşdırır

“BP-Azərbaycan” "Şahdəniz"də yeni platformanın tikintisini planlaşdırır “BP-Azərbaycan” şirkəti Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağında yeni platforma inşa etməyi planlaşdırır.
İnfrastruktur
24 Yanvar , 2025 11:01
“BP-Azərbaycan” Şahdənizdə yeni platformanın tikintisini planlaşdırır

“BP-Azərbaycan” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağında yeni platforma inşa etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.

“Bu, tamamilə yeni kompressor platforması olacaq və “Şahdəniz” yatağının bəzi laylarından aşağı təzyiqli qazın Səngəçal terminalına çatdırılması üçün nəzərdə tutulub”, - T.Bayatlı vurğulayıb.

O qeyd edib ki, yeni platformanın tikintisi layihəsi gələn həftə ictimaiyyətə təqdim ediləcək və fevralın üçüncü həftəsində platformanın tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi hesabatı ilə bağlı ictimai dinləmələr keçiriləcək.

"Yekun maliyyə qərarı (FID) bu il qəbul ediləcək", - T.Bayatlı bildirib.

“BP-Azərbaycan”nın mətbuat xidmətinin rəhbəri əlavə edib ki, platforma insan iştirakı olmadan fəaliyyət göstərəcək. "Alpha” və “Bravo” platformalarından aşağı təzyiqli qaz burada toplanacaq və təzyiq artdıqdan sonra Səngəçal terminalına yönləndiriləcək", - o əlavə edib.

T.Bayatlının sözlərinə görə, platformanın tikintisi üçün milyardlarla investisiya tələb olunacaq.

Son xəbərlər

Orphus sistemi