BNA və DANX: Sərnişin avtobuslarında gediş haqqı artımı gündəmdə deyil

BNA və DANX: Sərnişin avtobuslarında gediş haqqı artımı gündəmdə deyil Bakı Nəqliyyat Agentliyi (BNA) Tarif (Qiymət) Şurasının qərarı ilə ölkədə yanacağın qiymətinin artırılmasından sonra sərnişin avtobuslarında da gediş haqqının artırılması ehtimalına münasibət bildirib.
İnfrastruktur
1118
6 Yanvar , 2021 17:15
BNA və DANX: Sərnişin avtobuslarında gediş haqqı artımı gündəmdə deyil

İlk xəbər saat 16:23-də verilib

Bakı Nəqliyyat Agentliyi (BNA) Tarif (Qiymət) Şurasının qərarı ilə ölkədə yanacağın qiymətinin artırılmasından sonra sərnişin avtobuslarında da gediş haqqının artırılması ehtimalına münasibət bildirib.

Bu barədə “Report”un sorğusunu Agentliyin mətbuat katibi Mais Ağayev cavablandırıb.

“BNA paytaxtda müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib və bu məsələ hazırda gündəmdə deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”, - o qeyd edib.

***

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova da "Report"a bildirib ki, şəhər və rayonlararası ictimai nəqliyyatda qiymət artımı nəzərdə tutulmur: "Bununla bağlı Tarif Şurasına müraciət etməmişik. İctimai nəqliyyat bütün regionlarda hansı qiymətə işləyirdisə, bundan sonra da elə olacaq. Dizel yanacağının qiymətinin artırılmasının sahibkarlara təsirlərinin neytrallaşdırılması üçün onlara konpensasiyaların hansı formada ödənilməsi məsələsinə isə aydınlıq gətiriləcək".

Bundan başqa, onun sözlərinə görə, taksilərdə süni qiymət artımına yol verilməməsi üçün isə nəzarət tədbirləri gücləndiriləcək.

Son xəbərlər

Orphus sistemi