Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 43 %-ə yaxın artıb

Maliyyə
  • 27 oktyabr, 2026
  • 11:00
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 43 %-ə yaxın artıb

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 754,3 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 4,5 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 43,8 %, son 1 ildə isə 42,8 % artıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət avqustun sonuna da 2,1 %, ötən ilin sonuna 1,6 %, ötən il sentyabrın sonuna isə 1,7 % olub.