Regiondakı bütün ölkələr üçün ədalətli vahid nəqliyyat qaiməsinə ehtiyac var.
“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) CEFACT üzrə mütəxəsisi Orxan Namazov Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunmuş "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması" panel müzakirəsində bildirib.
"Bu mənada indiyə qədər əslində nə etdiyimizi, bunu necə etdiyimizi və sonda nəyə nail olduğumuzu qeyd etmək istəyirəm. İlk növbədə, biz sadəcə bəzi sorğuları və ölkələrin ehtiyaclarını təhlil etdik, ölkələrə nə lazımdır, biz əslində ölkələr üçün nə edə bilərik. Əsasən SMGS kimi kağız üzərində deyil, biznes aparan və yaxud istehlak edən ölkələrin ehtiyaclarını təhlil etdik. Bundan sonra sadəcə SMGS-in elektron versiyasını hazırlamağın lazım olduğu qənaətinə gəldik. Bu, eyni zamanda bütün ölkələr üçün istifadə edilə bilər. Bəzi ölkələr onları məcburi sahələr kimi istifadə edə bilər, bəziləri isə onları qeyri-məcburi, sadəcə seçimli sahələr kimi istifadə edə bilər. Bizim üçün növbəti addım - bütün ölkələrin mövcud sistemlərini inteqrasiya edə biləcəyi bir struktur hazırlamaqdır",-deyə o qeyd edib.
BMT rəsmisinin sözlərinə görə, hamının inteqrasiya olacağı platforma yaratmaq istəmirlər: "Bütün ölkələrin bir problemi var: Mənim məlumatlarım başqa platformada saxlanılacaq. Bu, əksər ölkələrdə qəbuledilməzdir. Biz sadəcə bu yanaşmadan istifadə etmək istəmədik. Buna görə də sistemi mərkəzləşdirmək istəmirik. Və biz qeyri-mərkəzləşdirilmiş sistemlərə və yaxud desentralizasiya olunmuş sistemlərə sahib olmağı və onların hər bir ölkənin dəmir yolları ilə inteqrasiya olunmasını qərara aldıq. Nəticədə, biz sadəcə nə istədiyimizi bilirik. Birincisi, bizə desentralizasiya olunmuş sistem lazımdır, ikincisi, bizə SMGS-in elektron versiyası lazımdır. Növbəti addım, əslində son addım, hansı qaydaların tətbiq ediləcəyidir. Bunun üçün növbəti addım UNCFAC standartlarıdır. Biz bu qlobal standartları tətbiq etdik, buna görə də onlar eyni zamanda bu strukturlara (XML və JSON) tətbiq olunur. Biz məlumatları yoxlamaq üçün XST fayllarından, məlumat mübadiləsi üçün XML-dən istifadə edirik. Biz bu standartları XML, XST, yəni hər bir ölkə arasında elektron versiyada eyni dildə danışmaq üçün bu struktura tətbiq etdik. Və sonra, dediyim kimi, CIM-SMGS-in elektron versiyasına nail olduq".