Bərdə-Ağdam dəmir yolu xəttində keçidlərin tikintisi nəzərdə tutulur

Bərdə-Ağdam dəmir yolu xəttində keçidlərin tikintisi nəzərdə tutulur Bərdə -Ağdam dəmir yolunda insanlar üçün eynisəviyyəli yol kəsişmələrinin ( keçidlərin), su ötürücü boruların tikintisi planlaşdırılır.
İnfrastruktur
147
6 May , 2022 16:15
Bərdə-Ağdam dəmir yolu xəttində keçidlərin tikintisi nəzərdə tutulur
Şəmsəddin Talıbov

Bərdə -Ağdam dəmir yolunda insanlar üçün eynisəviyyəli yol kəsişmələrinin ( keçidlərin), su ötürücü boruların tikintisi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu tikintinin layihə rəhbəri Şəmsəddin Talıbov bildirib.

Onun sözlərinə görə, eyni səviyyəli yol kəsişmələrinin (keçidlərin) tikintisi üçün aidiyyatı quruma müraciət edilib: "Razılaşma əldə edildikdən sonra keçidlərin tikintisini təmin edəcəyik. Bundan əlavə, hərəkətin təhlükəsizliyini təmin etmək üçün dəmir yolu ərazisinin çəpərlənməsi də nəzərdə tutulur. Dəmir yolunun mühafizə zolağındakı yol çəpərlənəcək, 300-500 metrdən bir qapılar olacaq. Bununla yanaşı, ərazidən mal-qaranın keçəcəyi yerdə isə heyvan keçidlərinin tikintisi də nəzərdə tutulur".

O qeyd edib ki, layihədə nəzərdə tutulmamış 3 əlavə yerdə dəmir yolu üzərində su ötürücü boruların quraşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir. Layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 km-lik rabitə və işarəvermə sisteminin və 127-yə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Dəmir yolu xəttində tikinti işlərinin 44 %-i yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi