Bakının bir sıra yollarında sıxlıq var - YENİLƏNİB
- 18 avqust, 2025
- 18:25
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Tbilisi prospekti, mərkəz istiqamətində;
3. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
4. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;
5. Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi, hər iki istiqamətdə;
6. Heydər Əliyev prospekti, "Excelsior" hotelin qarşısı, geriyədönmə, Koroğlu m/st istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Səbail rayonu, "Azneft" dairəsi, Neftçilər prospekti istiqamətində;
9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
11.Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.
08:09
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.