Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğular istifadəyə verilib

Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğular istifadəyə verilib Bu gün "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə veriləcək.
İnfrastruktur
29 Noyabr , 2023 10:47
Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğular istifadəyə verilib

"Bakı Metropoliteni" QSC-də “Əlçatan metro” layihəsi çərçivəsində əlil arabası istifadəçilərinin rahatlığına xidmət edəcək daha iki yeni tipli qurğu istifadəyə verilib.

“Report” xəbər verir ki, TEMI qurğuları əlil arabalarının eskalatorlarda istifadəsi üçün nəzərdə tutulub.

Sankt-Peterburq metrosunda istismar olunan bu qurğular modernləşdirilərək yenidən hazırlanıb. Sənaye təhlükəsizliyi ekspertizasının müvafiq rəyindən sonra metro eskalatorlarında istifadə üçün təhlükəsiz və uyğun hesab edilib.

Avadanlığın istehsalında hidravlik və elektromexaniki sistemlərdən istifadə olunmayıb. Bu texniki vasitənin Bakı metropolitenində aparılan sınaqlar əsasında ən nəzərə çarpan keyfiyyətləri sırasında təhlükəsizlik və etibarlılıq qeyd oluna bilər. Avadanlığın öz çəkisi 45 kq-dır. Lakin sərnişinlə birlikdə çəkisi 115 kq-a qədər olan əlil arabaları və digər daşımaqurğularının istifadəsi üçün nəzərdə tutulub.

Hazırda Bakı metrosunda məhdud hərəkət imkanı olan sərnişinlərin pilləkən və eskalatorlarda endirilib-qaldırılması üçün 1 ədəd "T09 Robe” və 5 ədəd “Dragon” qurğusundan istifadə olunur. Yeni qurğunun texniki sınaqları uğurla aparılaraq, daşıma imkanları və funksionallığı müsbət dəyərləndirildiyindən gələcəkdə eskalatorlu stansiyalarda daha geniş tətbiqi nəzərdə tutulub.

09:07

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə veriləcək.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, "Əlçatan metro" layihəsi çərçivəsində baş tutacaq.

Mərasimdə layihədə yaxından iştirak etmiş əlil arabası istifadəçisi Cəmilə Məmmədli iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi