"Bakı Gəmiqayırma Zavodu"nun əməkdaşları “Şahdəniz 2” layihəsi üçün yarım milyon saat işləyib

"Bakı Gəmiqayırma Zavodu"nun əməkdaşları “Şahdəniz 2” layihəsi üçün yarım milyon saat işləyib "Bakı Gəmiqayırma Zavodu" MMC-nin Layihələri idarəetmə komandası “Şahdəniz 2” layihəsi üzrə boruların yüklənməsi əməliyyatlarında 50 min yükqaldırma və 500 mindən artıq təhlükəsiz iş saatı icra edib.
İnfrastruktur
11 Noyabr , 2022 11:19
Bakı Gəmiqayırma Zavodunun əməkdaşları “Şahdəniz 2” layihəsi üçün yarım milyon saat işləyib

"Bakı Gəmiqayırma Zavodu" MMC-nin Layihələri idarəetmə komandası “Şahdəniz 2” layihəsi üzrə boruların yüklənməsi əməliyyatlarında 50 min yükqaldırma və 500 mindən artıq təhlükəsiz iş saatı icra edib.

Bu barədə “Report”a zavoddan məlumat verilib.

Məlumata görə, bu münasibətləlayihədə iştirak edən əməkdaşlar təşəkkürnamə ilə təltif olunub.

“Şahdəniz” qaz yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir və BP-nin indiyə qədər aşkar etdiyi ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir. 1999-cu ildə kəşf olunmuş bu yataq təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatına malikdir.

“Şahdəniz” yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlayıb. Hazırda birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan və Türkiyənin təchizatına yönləndirilir.

Bu vaxta qədər “Şahdəniz” yatağından ümumilikdə 91 milyard standart kubmetrdən çox qaz və təxminən 23 milyon ton kondensat hasil edilib.

“Şahdəniz-2” çərçivəsində hasil ediləcək il ərzində əlavə 16 milyard kubmetr qaz təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunacaq. Yeni Cənub Qaz Dəhlizini formalaşdıran boru kəmərləri aşağıdakılardan ibarətdir: Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) – Azərbaycan ərazisində 428 km uzunluğunda yeni 48 düyümlük boru kəməri, Gürcüstan ərazisində 59 km uzunluğunda yeni 48 düyümlük boru kəməri və 2 yeni kompressor stansiyası, TANAP – Türkiyə ərazisində 1340 km uzunluğunda 56 düyümlük boru kəməri, 34 km uzunluğunda 36 düyümlük boru kəməri və 476 km uzunluğunda 48 düyümlük boru kəməri və TAP – Yunanıstan, Albaniya və İtaliya ərazisində 878 km uzunluğunda 48 düyümlük boru kəməri.

Son xəbərlər

Orphus sistemi