Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub.
"Report"un məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Elmir Ramazanov təyinat alıb.
Dövlət Komitəsindən "Report"a məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, E.Ramazanov 1988-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatin huquqi tənzimlənməsi fakültəsini bitirib. 2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub.
Əmək fəaliyyətinə ixtisasına uyğun olaraq Vergilər Nazirliyində başlayıb. 2012-ci ildən vergi sistemində inspektor vəzifəsindən başlamaqla müxtəlif postlarda çalışıb. Nəticədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.
Dövlət Gömrük Komitəsi sədrinin 2022-ci il 15 avqust tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəis müavini təyin edilib.
Ailəlidir, bir övladı var.