ƏƏSMN 10 ayda 170 minə yaxın şəxsin işlə təmin olunmasına yardım göstərib

Maliyyə
  • 05 noyabr, 2026
  • 13:15
ƏƏSMN 10 ayda 170 minə yaxın şəxsin işlə təmin olunmasına yardım göstərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 10 ayda 170 minə yaxın şəxsin işlə təmin olunmasına kömək edib.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Nazirlik bu istiqamətdə gündəlik fəaliyyət göstərir: "İş yerlərinin yaradılması proqramlarının həyata keçirilməsi, işsiz və işaxtaran şəxslərin iş yerlərinə çıxış imkanlarının genişləndirilməsi, peşə hazırlığı və özünüməşğulluğun təşviqi istiqamətində tədbirlər görürük. Bu ilin 10 ayında Dövlət Məşğulluq Agentliyi tərəfindən 15 min şəxsin isə peşə hazırlığına cəlb edilməsinə köməklik göstərilib".

44 filmi