Azərbaycanda ipoteka krediti ilə həyət evi, demək olar ki, almırlar

Azərbaycanda ipoteka krediti ilə həyət evi, demək olar ki, almırlar Ötən ilin sonuna qədər kreditlə alınmış 31 472 əmlakın 11 597-si, yaxud 36,8 %-i sahəsi 40-60 kvm arasında dəyişən evlərdir
İnfrastruktur
192
15 Fevral , 2021 18:25
Azərbaycanda ipoteka krediti ilə həyət evi, demək olar ki, almırlar

Bu il yanvarın 1-nə qədər Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi hesabına alınmış daşınmaz əmlakların 93 %-ni mənzillər, 7 %-ni isə fərdi evlər (həyət evləri) təşkil edib.

"Report" bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.

Bundan başqa, Fond bəyan edib ki, ötən ilin sonuna qədər kreditlə alınmış 31 472 əmlakın 11 597-si, yaxud 36,8 %-i sahəsi 40-60 kvm arasında dəyişən evlərdir.

Qalan 19 875 əmlakdan 2 329-nun və yaxud 7,4 %-nin sahəsi 40 kvm-ə qədər, 9 163-nün və yaxud 29,1 %-nin sahəsi 60-80 kvm arasında, 4 310-nun və yaxud 13,7 %-nin sahəsi 80-100 kvm arasında, 1 747-nin və yaxud 5,6 %-nin sahəsi 100-120 kvm arasında, 2 326-nın və yaxud 7,4 %-nin sahəsi isə 120 kvm-dən çoxdur.

Son xəbərlər

Orphus sistemi