Bakı. 24 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:
Mahmudov Əmir Hüseyn oğlu
Talıbov Nurməhəmməd Şixməhəmməd oğlu.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Abdullayev Şaiq Bəhram oğlu
Behbudov Ağalar Mürşüd oğlu
Əliyev Azər Əhməd oğlu
Fərəcli Cəlal Həsənağa oğlu
Xamoyev İsaməddin İslam oğlu
İsmayılov Elvin Fərman oğlu
Qurbanov Fuad Hacı oğlu
Məmmədov Adil Əhməd oğlu
Mirqulamov Rəfail Mirdadaş oğlu
Mirzəyev Seymur Əmirxan oğlu
Panəliyev Rza Talıb oğlu
Rəfiyev Azər Kamil oğlu
Rəsulov Nazim Nadir oğlu
Sadıqov İlyas Əlixan oğlu
Şahbazi Samir Faiq oğlu.