Bu ilin yanvar-noyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus dəmir yollarında qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 toqquşma hadisəsi baş verib.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, nəticədə 6 nəfər xəsarət alıb, 11 nəfər həyatını itirib.
Dəmir yolunda qəza hadisələri əksərən piyada və avtomobil sürücülərinin diqqətsizliyinə görə baş verir. ADY bu kimi halların qarşısının alınması üçün dəmir yolu ətrafında yerləşən məktəblərdə və yaşayış sahələrində maarifləndirmə işləri aparır, eyni zamanda, infrastrukturda təhlükəsizlik tədbirlərini gücləndirir.
"Müasir qatarlar daha sürətli və səssizdir. Dəmir yollarından keçərkən yalnız təyin olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə edin. Dəmir yolu xətlərinə yaxınlaşarkən sağa və sola baxın, qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam edin", - deyə qurum bəyan edib.