AZAL IOSA təhlükəsizlik auditindən keçib

AZAL IOSA təhlükəsizlik auditindən keçib "Azərbaycan Hava Yolları" QSC (AZAL) növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) IOSA (IATA Operational Safety Audit) standartına uyğun olması üzrə auditindən keçib.
İnfrastruktur
27 May , 2022 12:49
AZAL IOSA təhlükəsizlik auditindən keçib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) IOSA (IATA Operational Safety Audit) standartına uyğun olması üzrə auditindən keçib.

“Report” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, IOSA - istismar təhlükəsizliyinin auditi - Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) mülki aviasiyada ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı aviaşirkət kimi qəbul edilməsi üçün mühüm amildir.

"IATA-nın auditini növbəti dəfə uğurla keçən aviaşirkət göstərdiyi xidmətin yüksək keyfiyyətdə olduğunu bir daha təsdiqləyib. Bu yoxlama da göstərdi ki, AZAL-da təhlükəsizlik məsələsi həmişə ən prioritet vəzifələr sırasında olub və qalmaqdadır. Aviaşirkətin daxili və beynəlxalq reyslərində uçuşların təhlükəsizliyi standartları bütün beynəlxalq tələblərə cavab verir", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

AZAL 1993-cü ildən IATA-nın üzvüdür.

IOSA (IATA-nın İstismar təhlükəsizliyinin auditi proqramı) - bir neçə bölmə üzrə strukturlaşdırılan bir neçə yüz mütləq standart və tövsiyə olunan prosedurlardır. Aviaşirkət audit zamanı bu standartlara və tövsiyə olunan prosedurlara cavab verdiyini təsdiq etməlidir. Təhlükəsizliyin təhlili təkcə aviaşirkətin istehsal fəaliyyətinin deyil, həm də onun təşkilati strukturunun qiymətləndirilməsini nəzərdə tutur. İnsan amilinin təsiri nəticəsində risklərin minimallaşdırılması sistemi və düzəlişlərin vaxtında təmin edilməsinə imkan verən əks əlaqə sistemi nəzərdə tutulub. Aviaşirkətin hər bir əməkdaşının hərəkətləri ən xırda təfərrüatına kimi qeyd edilib ki, bu da uçuşların təhlükəsizliyinin təmin edilməsi texnologiyası haqqında danışmağa imkan verir.

Son xəbərlər

Orphus sistemi