Azad edilmiş ərazilərdə kənd və qəsəbələrin memarlıq siması müəyyənləşdirilir

Azad edilmiş ərazilərdə kənd və qəsəbələrin memarlıq siması müəyyənləşdirilir Kəlbəcər, Laçın, Ağdam, Füzuli və Cəbrayıl üzrə 5 kənd və bir qəsəbə üçün müsabiqə elan edilib. Müsabiqənin məqsədi işğaldan azad edilmiş ərazilərdə kəndlərin və qəsəbələrin gələcək memarlıq simasının müəyyən edilməsi məqsədilə həyata keçirilir.
İnfrastruktur
30 İyul , 2021 19:52
Azad edilmiş ərazilərdə kənd və qəsəbələrin memarlıq siması müəyyənləşdirilir
Namiq Hümmətov
0 : 00
0 : 00

Kəlbəcər, Laçın, Ağdam, Füzuli və Cəbrayıl üzrə 5 kənd və bir qəsəbə üçün müsabiqə elan edilib. Müsabiqənin məqsədi işğaldan azad edilmiş ərazilərdə kəndlərin və qəsəbələrin gələcək memarlıq simasının müəyyən edilməsi məqsədilə həyata keçirilir.

"Report" xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini, Şəhərsalma məsələləri üzrə İşçi Qrupun rəhbəri Namiq Hümmətov Xocavənd rayonunun Hadrut qəsəbəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müsabiqədə demək olar 140-dan çox şirkət iştirak edib. Sabahkı tarixə layihələrin təqdim edilməsinin son tarixidir. Avqustun 15-də müsabiqənin qalibləri elan ediləcək. İşğaldan azad edilmiş digər kəndlərin də ərazi planlaşdırılması sənədi hazırlanacaq.

Son xəbərlər

Orphus sistemi