AYNA: Azərbaycan şirkətlərinin 3-cü ölkələrdən beynəlxalq yük daşımaları artıb

AYNA: Azərbaycan şirkətlərinin 3-cü ölkələrdən beynəlxalq yük daşımaları artıb 2021-2023-cü illərdə Azərbaycan şirkətlərinin 3-cü ölkələrdən beynəlxalq yük daşımalarının sayı 3 dəfə artıb.
İnfrastruktur
24 Oktyabr , 2024 13:36
AYNA: Azərbaycan şirkətlərinin 3-cü ölkələrdən beynəlxalq yük daşımaları artıb

2021-2023-cü illərdə Azərbaycan şirkətlərinin 3-cü ölkələrdən beynəlxalq yük daşımalarının sayı 3 dəfə artıb.

Bunu "Report"a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yükdaşımalar departamentinin rəhbəri Sübhan Əbilov bildirib.

"Əgər 2021-ci ildə Azərbaycan şirkətləri 3-cü ölkələrdən 13 min 979 daşıma həyata keçirmişdisə, 2023-cü ildə isə bu göstərici 42 min 627 olub", - deyə o qeyd edib.

"3-cü ölkələrdən beynəlxalq yük daşımaları, həm xidmətlərin ixracı, həm də ölkəyə valyuta gətirilməsi baxımından son dərəcə mühüm daşıma növüdür: Söhbət başlanğıc və son təyinat məntəqəsi Azərbaycan olmayan, ancaq milli daşıyıcının yerinə yetirilən daşımalardan gedir. Bu istiqamətdə müsbət nəticələr əldə edilib", - deyə AYNA rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi