Ümumdünya Şəhər Forumunun (WUF13) XIII sessiyasının 2026-cı ildə Bakıda keçirilməsi Azərbaycanın qlobal çağırışların həllinə sadiq olduğunu göstərir.
“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ADA Universitetində “Davamlı və həyat qabiliyyətili şəhərlərin yaradılması üçün cari vəzifələr” adlı tədbirdə çıxışı zamanı deyib.
"Hazırda getdikcə daha çox insan şəhərlərə köçür. Bu proses ətraf mühitin dəyişməsi, şəhərin inkişafının sürətlənməsi ilə müşayiət olunur. Bütün bunlar ətraf mühitə ziyan vurur. Hazırda dünya iqtisadiyyatı bu cür "ekoloji gərginliyə" hazır deyil", - o bildirib.
Onun sözlərinə görə, dayanıqlı şəhərlər yaratmağın ən yaxşı yollarından biri insan kapitalına investisiya qoymaqdır: “Eyni zamanda, buna sıx beynəlxalq əməkdaşlıq olmadan nail olmaq mümkün deyil”.