ADY: Ötən il sərnişin və yük qatarlarına 46 dəfə daş atılıb
İnfrastruktur
- 30 yanvar, 2025
- 14:16
2024-cü ildə hərəkətdə olan sərnişin və yük qatarlarına 46 dəfə daş atılıb.
Bu barədə “Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, nəticədə qatarın pəncərələri zədələnib, sərnişinlərin həyatına təhlükə yaranıb, həmçinin bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb.
Qatara ziyan vuranlar Azərbaycanın qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar. Qatara daş atan azyaşlıların valideynləri aşkar edilərək vurulan zərərin qarşılığında cərimələnirlər.
“ADY dəmiryol xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağırır. Valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyir”, - deyə qurumun məlumatında deyilir.
Son xəbərlər
23:20
Numan Kurtulmuş: BMT müharibələri dayandırmaq qabiliyyətini itirib
Region23:11
DMM: Kahramanmaraş və Şanlıurfadakı insidentlərlə bağlı dezinformasiyalar yayılır
Region23:04
Britaniya Ukraynaya 1 milyard dollar ayırıb
Digər ölkələr22:46
Norveç və Niderland Ukrayna ordusu üçün vəsait ayıracaq
Digər ölkələr22:35
İran Pakistandan başqa heç yerdə ABŞ ilə danışıqlar aparmaq istəmir
Xarici siyasət22:26
Video
Əraqçi: İran və Pakistan regionda sülhü dəstəkləyir – YENİLƏNİB
Region22:24
Levitt: ABŞ hələ İrana atəşkəsin müddətini uzatmağı təklif etməyib
Digər ölkələr22:07
BMT İrana 12 milyon dollar ayırır
Digər ölkələr21:45