“ADY Express” Qazaxıstandan Qərb istiqamətdə mazut daşımalarına başlayır

“ADY Express” Qazaxıstandan Qərb istiqamətdə mazut daşımalarına başlayır "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi - “ADY Express” MMC Qazaxıstandan Qərb istiqamətdə mazut daşımalarına başlayır.
İnfrastruktur
16 Mart , 2022 10:16
“ADY Express” Qazaxıstandan Qərb istiqamətdə mazut daşımalarına başlayır

"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi - “ADY Express” MMC Qazaxıstandan Qərb istiqamətdə mazut daşımalarına başlayır.

"Report" bu barədə şirkətə istinadən xəbər verir.

Məlumatda deyilir ki, daxil olan sorğuya əsasən, bu ay Gürcüstanın Batumi limanına qədər Qazaxıstandan mazut nəql edilməsi planlaşdırılır.

"Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar, nəqliyyat və logistika sisteminə təsirsiz ötüşmür. Yük sahibləri Rusiya ərazisindən tranzit yükdaşımalarından imtina edərək, yük axınlarının istiqamətini dəyişdirməyə çalışırlar. Bu ilk növbədə, Rusiyanın Avropa ilə sərhədlərin qapalı olduğundan və dəniz limanlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır.

Alternativ marşrutlardan biri kimi, Azərbaycandan keçən Şərq-Qərb nəqliyyat dəhlizi seçılır. Artıq Qazaxıstanlı yük sahibləri, Qərb istiqamətində daşımalarda, qeyd edilən koridordan yararlanmağa başlayıblar. Belə ki, “Şirkətə daxil olan sorğuya əsasən, mart ayı ərzində Gürcüstanın Batumi limanına qədər Qazaxıstandan mazutun nəql edilməsi planlaşdırılır.

Mazut Qazaxıstanın, Tekesu stansiyasında çən vaqonları yüklənərək, Ələt limanına çatdırılacaq, buradan isə dəmir yolu ilə Batumi limanına nəql ediləcək. Yüklərin bir qismi Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan marşrutundan istifadə edilərək nəql olunacağı nəzərdə tutulur", - deyə "ADY Express" bəyan edib.

Son xəbərlər

Orphus sistemi