​Əfqan rəssamın Bakıda sərgisi açılacaq

​Əfqan rəssamın Bakıda sərgisi açılacaq “Anesteziya” adlı sərgidə nümayiş olunan yeni rəsmlər müəllifin qaçqın qismində şəxsi həyatda keçirdiyi enişləri və yoxuşları əks etdirdiyi deyilir.
İncəsənət
5 Sentyabr , 2014 16:59
​Əfqan rəssamın Bakıda sərgisi açılacaq
Bakı. 5 sentyabr. REPORT.AZ/ Əfqan rəssamı Reza Həzaren fərdi sərgisini təqdim edəcək.

Bu barədə “Report”a “YAY” Qalereyasından məlumat verilib. Məlumata görə sentyabrın 10-dan oktyabrın 26-na qədər Azərbaycanda yaşayıb fəaliyyət göstərən Əfqan rəssamı Reza Həzarenin fərdi sərgisini təqdim edəcək.

“Anesteziya” adlı sərgidə nümayiş olunan yeni rəsmlər müəllifin qaçqın qismində şəxsi həyatda keçirdiyi enişləri və yoxuşları əks etdirdiyi deyilir.

Əfqanıstandan olan Reza Həzare 1987-ci ildə İranın Zahedan şəhərində dünyaya göz açıb. O, 2005-ci ildə Reza Tehran Ali Təsviri İncəsənət Məktəbini bitirib, sonra isə təhsilini davam etdirmək məqsədilə Azərbaycana gəlib. Reza Həzare 2012-ci ildə  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib.

Xatırladaq ki, sərgiyə giriş pulsuzdur.

Son xəbərlər

Orphus sistemi