Pantomima Teatrı beynəlxalq festivaldan qayıdıb

Pantomima Teatrı beynəlxalq festivaldan qayıdıb Gürcüstanda keçirilən beynəlxalq teatr festivalı başa çatıb
İncəsənət
28 May , 2016 11:58
Pantomima Teatrı beynəlxalq festivaldan qayıdıb

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycan Dövlət Pantomima Teatrı Gürcüstan Dövlət Pantomima Teatrının yaranmasının 50 illiyinə həsr olunan beynəlxalq teatr festivalında iştirak edib. 

Bu barədə "Report"a Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev məlumat verib.

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən festivalda Azərbaycan Pantomima Teatrı xalq artisti Bəxtiyar Xanızadə və Bəhruz Əhmədlinin "Son ştrix" tamaşasını təqdim edib.

Tamaşada əməkdar artist Elman Rəfiyev, aktyorlar Elnur İsmayılov, Bəhruz Əhmədli, Ceyhun Dadaşov, Nurlan Rüstəmov və Rafiz Mehdizadə çıxış edib.

E.Rəfiyev bildirib ki, gürcüstanlı tamaşaçılar Azərbaycan Pantomima Teatrının səhnə əsərini maraqla izləyiblər, müsbət qiymətləndiriblər. Teatrın aktyorları Gürcüstan televiziyalarının birinin studiyasına qonaq olublar, xalq artisti Bəxtiyar Xanızadə festival barədə sualları cavablandırıb, təəssüratlarını bölüşüb. 

Qeyd edək ki, beş gün davam edən və mayın 25-də başa çatan beynəlxalq festivalda Gürcüstan teatrı ilə yanaşı, Azərbaycan, Polşa, Yaponiya və İsrail teatrlarının tamaşaları nümayiş etdirilib. 

Son xəbərlər

Orphus sistemi