Bu gün İsmayıllı rayonunun Buynuz kəndinin qəbirstanlığında dahi Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, mərasimdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev, AYB-nin katibləri Rəşad Məcid, Elçin Hüseynbəyli, İsmayıl Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatları, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər M.Yaqubla bağlı xatirələrini bölüşüblər, yaradıcılığı barədə danışıblar.
Abidəni Xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayıb.
Qeyd edək ki, bu gün eyni zamanda, şairin ölümündən bir il ötür. M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə 84 yaşında dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.