Moskvada “Min bir gecə” baleti nümayiş olunub

Moskvada “Min bir gecə” baleti nümayiş olunub Rusiyanın paytaxtı Moskva şəhərindəki “Bolşoy” teatrın səhnəsində Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunub.
İncəsənət
27 Sentyabr , 2023 20:47
Moskvada “Min bir gecə” baleti nümayiş olunub

Rusiyanın paytaxtı Moskva şəhərindəki "Bolşoy teatr"ın səhnəsində Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunub.

Bu barədə “Report”un Rusiya bürosu məlumat verib.

Mariinski Teatrının Primorski səhnəsinin balet truppasının bədii rəhbəri Eldar Əliyev qeyd edib ki, Azərbaycan musiqisinin bütün dünyada səslənməsini istəyir: “Azərbaycan musiqisi o qədər füsunkardır ki, bu musiqinin sədaları altında balet səhnələşdirməyə bilməzdim. İlk dəfə Şəhriyar partiyasının ifaçısı oldum”.

Mariinski Teatrının artisti Renata Şarikova bildirib ki, Fikrət Əmirovun musiqisi çalınmağa başlayanda insanın qanı qaynamağa başlayır: “Tamaşaçı kimi ilk dəfə bu baleti izləyərkən az qala səhnəyə çıxıb rəqs etmək istəyirdim. Musiqinin sehri də budur”.

Son xəbərlər

Orphus sistemi