Lənkəran teatrı Tehran festivalında iştirak edəcək

Lənkəran teatrı Tehran festivalında iştirak edəcək Teatr festivalda Azərbaycanı təmsil edəcək
İncəsənət
29 Aprel , 2015 11:10
Lənkəran teatrı Tehran festivalında iştirak edəcək

Bakı. 29 aprel. REPORT.AZ/ Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı İran paytaxtı Tehranda keçiriləcək "Beynəlxalq adət-ənənə festivalı"nda Azərbaycanı təmsil edəcək. Bu barədə "Report"a Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov məlumat verib.

Onun sözlərinə görə, Tehranda keçiriləcək "Beynəlxalq adət və ənənə festivalı" iyun-iyul aylarına təsadüf edəcək.

Lənkəran teatrı Tehran festivalında "Kitabi-Dədə Qorqud" boyu əsasında hazırlanan "Məhəbbət və ölüm" tamaşasını nümayiş etdirəcək. Tamaşaya quruluşu "YUĞ" Teatrının baş rejissoru Gümrah Ömər verəcək.

Qeyd edək ki, əsər ilk dəfə Lənkəran teatrının rejissoru Baba Rzayevin quruluşunda səhnəyə qoyulub. Rejissorun vəfatından sonra yeni quruluşda tamaşaçılara təqdim olunacaq.  

Son xəbərlər

Orphus sistemi