Kann Festivalının münsiflər heyəti təsdiqlənib

Kann Festivalının münsiflər heyəti təsdiqlənib Münsiflər heyətinə məşhur sənət adamları daxildir
İncəsənət
22 Aprel , 2015 13:26
Kann Festivalının münsiflər heyəti təsdiqlənib

Bakı. 22 aprel. REPORT.AZ/ Mayın 13-dən 24-dək 68-ci Beynəlxalq Kann Kinofestivalı keçiriləcək. "Report" xəbər verir ki, festivalın münsiflər heyəti bəlli olub.

Münsiflər heyətinə İtan və Coel Koen qardaşları rəhbərlik edir.

Münsiflər heyətinin üzvləri İspaniyadan olan aktrisa Rossi del Palma, fransız aktrisası və rejissoru Sofi Marso, Böyük Britaniyanın aktrisası Sienna Miller, Malidən olan bəstəkar Rokia Traore, meksikalı rejissor Gilyermo del Toro, kanadalı rejissor Ksaviya Dolan və ABŞ-ın təmsil edən aktyor Ceyk Cillenxoldur.

Hollivud ulduzlarından təşkil edilən münsiflər heyəti festival boyunca 17 filmə tamaşa edəcək.

Xatırladaq ki, tədbirdə artıq beşinci dəfə Azərbaycan pavilyonu fəaliyyət göstərəcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanı festivalda bir qrup kino xadimindən ibarət heyət təmsil edəcək. Milli filmlərimizin nümayiş olunacağı pavilyonda prodüserlər, rejissorlar, aktyorlar və digər xarici kino xadimləri ilə görüşlər keçiriləcək, birgə layihələr müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi