Azərbaycanın Əməkdar artisti, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü dəfn edilib.
“Report” xəbər verir ki, sənətçi İkinci Buzovna qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.
Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.
Ötən gün vəfat edən Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü ilə vida mərasimi keçirilir.
“Report” xəbər verir ki, sənətçinin Buzovna qəsəbəsindəki evində keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.
Mərasimdən sonra mərhum Buzovnada yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.
Xatırladaq ki, G.Şükürlü uzun sürən xəstəlikdən sonra yanvarın 5-də 62 yaşında dünyasını dəyişib.