Elçin Hami Axundov: "Peşəkar animatorların yetişməsi üçün mütləq kurs açılmalıdır"

Elçin Hami Axundov: "Peşəkar animatorların yetişməsi üçün mütləq kurs açılmalıdır" Elçin Hami Axundov: "Peşəkar animatorların yetişməsi üçün mütləq kurs açılmalıdır"
İncəsənət
31 Yanvar , 2024 15:44
Elçin Hami Axundov: Peşəkar animatorların yetişməsi üçün mütləq kurs açılmalıdır

Peşəkar animatorların yetişməsi üçün mütləq kurs açılmalıdır.

Bu fikirləri "Report"a müsahibəsində animasiya rejissoru, kino rəssamı, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov deyib.

O bildirir ki, əgər kurs açılarsa məmnuniyyətlə animasiyanın qanunlarını, klassik animasiyanı istəyənlərə öyrədə bilər:

"Kursu bitirdikdən sonra onlar film çəkməyə başlayacaqlar. Mən illər əvvəl texnikumda cizgi filmləri rejissoru fakültəsində dərs deyirdim. Auditoriyada 10 nəfər qız, 1 oğlan vardı. Gördüm qızlar güzgü qoyub özlərini bəzəyir. Dedim gəlin əvvəldən danışaq ki, bu işi kim öyrənmək istəyir. 3 qız və 1 oğlan dedi ki, biz öyrənmək istəyirik, başladım onlarla işləməyə. 2 qız əla nəticə göstərdi. Amma o qrupu başa çatdırıb, çıxdım, qala bilmədim. Əslində fakültə özü yanlış idi. Yaxşı, cizgi filmləri rejissoru yetişdirirdi. Bəs bu rejissor texnikumu bitirib hansı aktyorla işləyəcək, animator lazımdır. Animator şəkil çəkən aktyordur. Mən o vaxt “Azanfilm” kinostudiyasının direktoru olanda, dostlarımın uşaqları burada işləmək istəyirdilər. Gördüm yaxşı şəkil çəkirlər, amma aktyorluqları yoxdur. Ona görə seçim edirdim. Seçim edəndə də mütləq idi ki, mən o aktyorluğu onlarda görəydim", - animator əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi