Bakıda "EU4Culture" İncəsənət Festivalının açılışı olub

Bakıda "EU4Culture" İncəsənət Festivalının açılışı olub Bakıda yerləşən yerləşən Kapellhausda "EU4Culture" İncəsənət Festivalının açılışı olub.
İncəsənət
3 Dekabr , 2024 18:49
Bakıda EU4Culture İncəsənət Festivalının açılışı olub

Bakıda yerləşən Kapellhausda "EU4Culture" İncəsənət Festivalının açılışı olub.

"Report" xəbər verir ki, "EU4Culture" (Avropa İttifaqı Mədəniyyət üçün) layihəsinin kuliminasiya nöqtəsi hesab olunan festival iki gün davam edəcək.

3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunan tədbirdə Azərbaycanın və digər ölkələrin rəssam və mədəniyyət nümayəndələri iştirak edirlər.

Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bildirib ki, Aİ nümayəndələri olara "Avropa İttifaqı Mədəniyyət üçün" layihəsini həyata keçirməkdən olduqca məmnundurlar:

"İnklüzivlik bizim üçün çox önəmli bir məsələdir, ona görə də belə bir gündə bu festivalın açılışını etmək olduqca xoşdur".

Avropa İttifaqının (Ai) Azərbaycandakı səfiri Peter Mixalko isə qeyd edib ki, Beynəlxalq Əlillər Günündə belə bir tədbirin keçirilməsi mədəniyyətin hamı üçün əlçatan olduğunu göstərir:

"Avropa İttifaqı Mədəniyyət üçün" layihəsi bir sıra ölkələrdən insanları bir araya gətirir, bizim 47-yə yaxın benefisiarımız bu layihə çərçivəsində artıb. Bakı, Xırdalan, Şəki, Lənkəran və digər şəhərlərdən olan benefisiarlarınız digər ölkələrə səfər edərək həm təcrübələrini bölüşüb, həm də yeni məlumatlar əldə ediblər".

Qeyd edək ki, ümumilikdə festivalın məqsədi sosial inkişafda yaradıcılığın rolunu vurğulayan tamaşalar və müzakirələr üçũn unikal platforma təqdim etməkdir. Bu çərçivədə inklüziv çıxışlar və incəsənətin cəmiyyətə təsiri ilə bağlı panel müzakirələr vasitəsilə mədəni, sosial və ətraf-mühit məsələlərinə diqqət çəkmək nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi