"Bakı Novruz Salsa Festivalı" keçiriləcək

"Bakı Novruz Salsa Festivalı" keçiriləcək Festival martın 20-22-də olacaq
İncəsənət
19 Mart , 2015 11:37
Bakı Novruz Salsa Festivalı keçiriləcək

Bakı. 19 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Badi-Kuba Salsa Məktəbi tərəfindən martın 20-22-də Bakıda ikinci "Bakı Novruz Salsa Festivalı" keçiriləcək.

"Report" xəbər verir ki, tədbirin ustad dərsləri və konsert proqramı olmaqla, iki hissədən ibarət keçirilməsi nəzərdə tutulub.

Konsert proqramında xaricdən dəvət olunmuş rəqs müəllimləri və yerli rəqqasların birgə hazırladıqları rəqs nümunələri də göstəriləcək.
Festivala ABŞ, Fransa, Almaniya, Belçika, Polşa, Ukrayna, Türkiyə, Norveç, İtaliya, Gürcüstan, Qazaxıstan və digər ökələrin dünyaşöhrətli müəllimləri dəvət olunub.

Eyni zamanda, tədbirdə həmin ölkələrin müəllimləri ilə yanaşı, rəqqasları da iştirak edəcək.

Qeyd edək ki, "Bakı Novruz Salsa Festivalı" ilk dəfə 2014-cü ilin mart ayında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.

Son xəbərlər

Orphus sistemi