"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən "İstedArt" mədəni-xeyriyyə layihəsi çərçivəsində "Yeni il" şənliyi təşkil olunub.
"Report" xəbər verir ki, İdarənin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrında düzənlənən tədbirdə musiqili və əyləncəli şou-proqram təşkil olunub, uşaqların əl işlərindən ibarət sərgi açılıb. Proqramın sonunda uşaqlara müxtəlif yeni il hədiyyələri təqdim edilib.
Xatırladaq ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi "IstedArt" layihəsində müxtəlif internat məktəbləri, sağlamlıq imkanları məhdud və daun sindromlu uşaqlar üçün sənət dərsləri keçirilir. 2018-ci ildə start verilmiş bu layihənin hazırda 4-cü mövsümü davam edir.