Bakı. 20 aprel. REPORT.AZ/ Mayın 13-dən 24-dək 68-ci Beynəlxalq Kann Kinofestivalı keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə məlumatı
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanı festivalda bir qrup kino xadimindən ibarət heyət təmsil edəcək. Kino tədbirində artıq beşinci dəfə Azərbaycan pavilyonu fəaliyyət göstərəcək. Milli filmlərimizin nümayiş olunacağı pavilyonda prodüserlər, rejissorlar, aktyorlar və digər xarici kino adamları ilə görüşlər keçiriləcək, birgə layihələr müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan pavilyonunda ölkənin turizm imkanlarını təbliğ edən və birinci Avropa Oyunları haqqında çap və video materiallar ziyarətçilərə nümayiş etdiriləcək.