Tvitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı

Tvitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı Tvitter sosial şəbəkəsi manipulyasiya siyasətini pozduğu üçün Rusiya, Ermənistan və İranla əlaqəli olan 373 hesabı blokladı.
İKT
1958
23 Fevral , 2021 22:30
Tvitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı
0 : 00
0 : 00

Tvitter sosial şəbəkəsi manipulyasiya siyasətini pozduğu üçün Rusiya, Ermənistan və İranla əlaqəli olan ümumi 373 hesabı bloklayıb.

“Report” xəbər verir ki, şirkət İranla əlaqəli 238 hesabı və Rusiya ilə əlaqəli 100 hesabı blokladığını açıqlayıb.

Həmçinin, fəaliyyətləri Azərbaycana qarşı yönəlmiş Ermənistanla əlaqəli olan 35 hesab şirklət tərəfindən bloklanıb.

“Siyasətimiz çərçivəsində Ermənistan hökuməti ilə əlaqəli 35 hesabı araşdırdıq və blokladıq. Bu hesablar Azərbaycana yönəlmiş və geostrateji cəhətdən Ermənistan hökumətinə faydalı olan xəbərləri təbliğ etmək üçün yaradılıb.

Bəzi hallarda saxta hesablar Azərbaycanın dövlət və siyasi xadimləri, habelə Azərbaycanda fəaliyyət göstərdiklərini iddia edən xəbər agentlikləri kimi təqdim ediliblər”.

Son xəbərlər

Orphus sistemi