Tviter sosial şəbəkəsi məlumatların toplanması və sistem manipulyasiyasının "ifrat səviyyələrini" həll etmək üçün bütün istifadəçilər üçün gündəlik oxuma məhdudiyyətləri tətbiq edib.
Bu barədə “Report” “Twitter”in sahibi İlon Maskın eyniadlı sosial hesabındakı paylaşımına istinadən xəbər verir.
Məhdudiyyət müvəqqətidir.
Onun sözlərinə görə, təsdiqlənmiş hesablar gündə 6 000-ə qədər paylaşımı oxuya biləcək.
Bununla belə, təsdiqlənməmiş tviter hesablarının istifadəçiləri indi gündə 600, yeni hesablar isə gündə yalnız 300 paylaşıma baxa bilər.
Bəzi sosial media istifadəçiləri şənbə günü "sürət həddi aşıldı" mesajı gördüklərini bildiriblər - və sosial media “RIP Twitter” və “#Twitterdown” trendlərinə başlayıb.
Mask müvəqqəti məhdudiyyətlərin nə qədər davam edəcəyini açıqlamayıb.