Rəşad Nəbiyev Tovuzda vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Tovuzda vətəndaşları qəbul edəcək Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yanvarın 12-də, saat 10:00-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Məşhədi Əzizbəyov küçəsi 1) Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək
İKT
6 Yanvar , 2023 18:25
Rəşad Nəbiyev Tovuzda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yanvarın 12-də, saat 10:00-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Məşhədi Əzizbəyov küçəsi 1) Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün 11 yanvar 2023-cü il tarixinə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 2504848 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi