Rəşad Nəbiyev İmişli şəhərində vətəndaşları qəbul edib

Rəşad Nəbiyev İmişli şəhərində vətəndaşları qəbul edib Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün İmişli şəhərində vətəndaşları qəbul edib.
İKT
8 Fevral , 2023 14:48
Rəşad Nəbiyev İmişli şəhərində vətəndaşları qəbul edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün İmişli şəhərində vətəndaşları qəbul edib.

Bu barədə "Report" nazirliyə istinadən xəbər verir.

Görüşdən öncə nazir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Vətəndaş qəbulunda Sabirabad, Saatlı, Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

R. Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq, məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi