“Report” İnformasiya Agentliyinin xəbərləri artıq “WhatsApp” kanalı vasitəsilə yayımlanır

“Report” İnformasiya Agentliyinin xəbərləri artıq “WhatsApp” kanalı vasitəsilə yayımlanır “Report” İnformasiya Agentliyi öz istehsalı olan xəbərlərin “WhatsApp” kanalı vasitəsilə yayımına başlayıb.
İKT
9 Oktyabr , 2023 15:57
“Report” İnformasiya Agentliyinin xəbərləri artıq “WhatsApp” kanalı vasitəsilə yayımlanır

“Report” İnformasiya Agentliyi öz istehsalı olan xəbərlərin “WhatsApp” kanalı vasitəsilə yayımına başlayıb.

Media qurumu dünyada ən sürətli mesajlaşma sistemləri arasında daha geniş yayılmış proqram olan “WhatsApp” tətbiqində kanal açıb. Belə ki, tətbiqin status paylaşma bölməsinə daxil olaraq “Report”un gün ərzində yaydığı ən vacib xəbərləri operativ qaydada oxumaq mümkündür.

"Report"un “WhatsApp” kanalını bu link vasitəsi ilə açmaq olar: https://whatsapp.com/channel/0029VaAQDGG1NCrLqDCPr31x

Qeyd edək ki, “Report” İnformasiya Agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Doqquz ildir fəaliyyət göstərən agentlik media və texnologiya sahəsində yenilikləri yaxından izləyir və gündəlik iş prosesində tətbiq edir.

Son xəbərlər

Orphus sistemi